Koronavirusdan qorunmağın yolları

Koronavirus ailəsinin üzvlərindən fərqli olaraq insandan insana keçən virus müalicə edilmədikdə ağciyər infeksiyalarına və kəskin tənəffüs çatışmazlığı sindromuna səbəb ola bilər. Koronavirusundan qorunmaq üçün lazımi tədbirləri görmək çox vacibdir.
Sürətlə yayılır, risk yaradır
Koronavirus digər qrip infeksiyaları kimi asqırma və öskürək nəticəsində hava damlaları vasitəsilə tənəffüs sisteminə çata bilər. Bundan əlavə, yoluxmuş səthlərə toxunaraq ağız və gözlərlə də ötürülə bilər. Öskürək və qızdırma kimi ümumi qrip şikayətləri virusun keçməsindən sonra 5-11 gün ərzində baş verir. Xəstəliyin diaqnozu tənəffüs sekresiyalarının nümunələrinə əsaslanır. Üst tənəffüs yolları ilə aşağı tənəffüs yolları birləşdikdə ağırlaşma başlayır. Bu virus sürətlə ötürülmə qabiliyyətinə malikdir və bununla da təhlükə yaradır.
Davamı →

Çin virusu Koronavirus nədir və nə dərəcədə narahat olmalı?

Son zamanlaradək elm üçün naməlum qalan virus Çində kəskin ağciyər xəstəliklərinə səbəb olur. Onu artıq digər ölkələrdə də aşkar ediblər.
İlk olaraq dekabr ayında Çinin Uhan şəhərində ortaya çıxan koronavirus ən azı 17 nəfərin həyatına son qoyub. Yüzlərlə xəstəlik halı təsdiqlənib və onların sayının artacağı gözlənilir.
Yeni aşkar olunan virus sətəlcəm xəstəliyinə səbəb olur. Bu daima narahatlıq doğuran haldır və səhiyyə işçiləri hazırlıq tədbirlərinə başlayıblar.
Bəs görəsən yeni virusun yayılması müvəqqəti alovlanmadır, yoxsa bu, daha ciddi təhlükənin ilk təzahürüdür?

Davamı →